“06.02.2026-ci il tarixində Binəqədi rayonu "İdrak" liseyindən təcili tibbi yardım briqadası vasitəsilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 1997-ci il təvəllüdlü şəxs (qadın) 16.02.2026-ci il tarixdə ambulator müalicə üçün evə buraxılıb”.
Bu barədə Bizim.Media-nın sorğusuna Kliniki Tibbi Mərkəzdən məlumat verilib.
Qeyd edək ki, ona boyun nahiyəsində yad cismin xaric edilməsi əməliyyatı icra edilib. Əvvəl Reanimasiya, daha sonra Neyrocərrahiyyə şöbəsində stasionar müalicə alıb.
Xatırladaq ki, 06.02.2026-ci il tarixində Bakıda yerləşən “İdrak” liseyinin qarşısında silahlı insident baş verib. Liseyin 10-cu sinif şagirdi 28 yaşlı müəllimi – Şəhla Kamilovanı ov tüfəngi ilə güllələyib.
Hadisəni törədən şagird isə polis əməkdaşları tərəfindən saxlanılıb. Ondan ov silahı götürülüb. Faktla bağlı Binəqədi rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Naibə Məmmədova, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:22 / 17.02.2026
Şagirdi tərəfindən güllələnən müəllimlə bağlı YENİ XƏBƏR
Hazırda oxunan: Şagirdi tərəfindən güllələnən müəllimlə bağlı YENİ XƏBƏR
Hazırda oxunan: Şagirdi tərəfindən güllələnən müəllimlə bağlı YENİ XƏBƏR
596745
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































