Fevral ayının 19-da səhər saat 10:00-dan başlayaraq "Xaldan Əhali" ölçü qovşağından Yevlax rayonu ərazisində yerləşən 21 kəndin mavi yanacaqla təminatında fasilə yaranması nəzərdə tutulur.
Bizim.Media xəbər verir ki, sözügedən məsələ ilə bağlı "Azəriqaz" İstehsalat Birliyi tərəfindən müvafiq açıqlama yayılıb.
Qurumdan bildirilib ki, məhdudiyyət ümumilikdə 5 806 əhali və 38 qeyri-əhali kateqoriyasına aid abonenti əhatə edəcək.
Qeyd edilib ki, qaz təchizatının müvəqqəti dayandırılması qaz ölçü qovşağında mövcud olan baypas xəttində aparılacaq təmir işləri ilə əlaqəlidir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:09 / 17.02.2026
Yevlaxda minlərlə abonentin qazı KƏSİLƏCƏK
Hazırda oxunan: Yevlaxda minlərlə abonentin qazı KƏSİLƏCƏK
Hazırda oxunan: Yevlaxda minlərlə abonentin qazı KƏSİLƏCƏK
596741
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































