DİQQƏT! Bakının bu ərazilərində işıq olmayacaq

Hazırda oxunan: DİQQƏT! Bakının bu ərazilərində işıq olmayacaq

596699

Bu gün Bakının Xəzər rayonunun Bilgəh bağları istiqamətində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə Bizim.Media-ya "Azərişıq" ASC-dn məlumat verilib.

Bildirilib ki, səhmdar cəmiyyətinin Maştağa Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində 35/10/6 kV-luq "Bilgəh" yarımstansiyasında təmir işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 11:00-dan 12:00-dək Bilgəh bağları istiqamətində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin