Bakıda mənzili olan keçmiş məcburi köçkünlərə Qarabağda EV VERİLMİR?

Hazırda oxunan: Bakıda mənzili olan keçmiş məcburi köçkünlərə Qarabağda EV VERİLMİR?

596672

“Bakıda və ya digər bölgələrdə evi, yaxud obyekti olan keçmiş məcburi köçkünlərin Qarabağda evlə təmin edilmədiyi barədə iddia səhvdir. Hamımızın doğma yurd-yuvamız, vətənimiz Azərbaycandır. Kim ki Qarabağımıza köçmək, qayıtmaq isəyir, heç bir problem yoxdur, ona ev verilir. Lakin iki məqama diqqət yetirmək lazımdır. 

Qayıdış zamanı dövlə keçmiş məcburi köçkünlərin bəzilərinə öz köhnə evinin yerində yox, başqa yerdə ev tikir, belə vəziyyətlər var... Kiminsə doğma ata-baba torpağında özünə məxsus olan yeri bərpaya yararlıdırsa, bərpa olunur. Yararlı deyilsə, yenidən tikilir. Hər iki halda doğma yurd-yuvasına qayıtmaq istəyən keçmiş məcburi köçkünü dövlət evlə təmin edir. Yəni burda heç bir problem yoxdur”.

Bizim.Media xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında 118 saylı Ağdam-Xocalı seçki dairəsinin deputatı Elman Məmmədov deyib.

Deputat bildirib ki, keçmiş məcburi köçkünün adına hər hansı ərazidə ev və ya obyekt olub-olmamasının məsələyə aidiyyatı yoxdur: 

“Əgər vaxtilə məcburi köçkün olmuş şəxsə Bakıda, Sumqayıtda, yaxud müxtəlif bölgələrdə dövlət tərəfindən tikilmiş evlər verilibsə, şəxs o evdə yaşayıbsa, indi Qarabağa qayıdış zamanı həmin evi mütləq dövlətə təhvil verməlidir. Yəni dövlət deyir ki, vaxtilə sənin üçün tikdiyim evi indi mənə geri verməlisən, çünki sənin üçün Qarabağda ev tikmişəm. Yaşamaq istəyirsənsə, get yaşa".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin