Lənkəranda 59 yaşlı balıqçı dənizdə boğularaq HƏYATINI İTİRDİ

Hazırda oxunan: Lənkəranda 59 yaşlı balıqçı dənizdə boğularaq HƏYATINI İTİRDİ

596645

Lənkəranda 59 yaşlı balıqçı dənizdə boğulub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Lənkəran rayonunun Aşağı Nüvədi kəndi ərazisində qeydə alınıb.

1967-ci il təvəllüdlü Məmməd Quliyev balıq ovlamaq üçün Xəzər dənizinin Lənkəran sahilinə yollanıb. O, xüsusi geyimdə dənizə daxil olub. Məlumata görə, dəniz suyunun geri çəkilməsi nəticəsində həmin sahədə yeni quyu və kanallar yaranıb.
 

Yaxınlarının sözlərinə görə, əraziyə bələd olsa da, M.Quliyev bu dəyişikliklərdən xəbərsiz olub və ehtimal ki, yaranmış kanallardan birinə düşüb. Dalğalar onu aparıb və nəticədə balıqçı boğularaq dünyasını dəyişib.


Qeyd edək ki, Məmməd Quliyev Bakı şəhərində yaşayırmış. O, bir gün əvvəl ailə üzvlərindən birinin ad günü münasibətilə rayona gəlib. Bu gün səhər yaxınlarını Bakıya yola saldıqdan sonra balıq tutmaq üçün dənizə gedib.

Meyit müvafiq qurumlara təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Sabutay, Bizim.Media, Cənub bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin