Gəncədə yaşayış evində yanğın baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin qəsəbələrindən birində qeydə alınıb.
Yanğın zamanı 2004-cü il təvəllüdlü Gülər Nəbiyeva və 1989-cu il təvəllüdlü Nemət Mövsümovun tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdirildiyi bildirilir.
Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın söndürənləri və texnikası cəlb olunub.
Alovun söndürülməsi istiqamətində işlər aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu































































































