Xəbər verdiyimiz kimi, fevralın 15-də magistraturaya qəbul imtahanlarının I cəhdi keçirildi. İmtahandan sonra isə sosial şəbəkələrdə sualların çətinliyi barədə müzakirələr başladı. Dövlət İmtahan Mərkəzinin sosial şəbəkə hesablarında narazılıqlarını bildirənlər arasında sualların mürəkkəb, ötən ilki qəbullardan daha çətin olduğuyla bağlı fikirlər səsləndi.
İmtahan suallarının çətinliyi magistraturaya azalan marağı daha da azaldacaq?
Bizim.Media mövzuyla bağlı təhsil eksperti Ramin Nurəliyevin fikirlərini öyrənib.
O deyir ki, magistraturaya sənəd verənlərin sayı məzunların sayına nisbətlə çox azdır:
"Qeydiyyatdan keçənlərin sayı təxminən 23 mindir, plan yeri isə 17 min ətrafındadır. Hər il isə ali təhsil müəssisələrindən təxminən 60 min tələbə məzun olur. Bunun yarısından azı magistraturaya sənəd verir. Eləcə ötən il kifayət qədər boş yer qaldı. Bu da gənclər arasında magistraturaya azalan marağı göstərir".
"Magistraturada vəziyyət acınacaqlıdır"
Ramin Nurəliyev deyir ki, imtahanın formatında mütləq dəyişiklik olmalıdır:
"Bəlkə bu, marağı artırar. Çünki hazırda məntiq, xarici dil və informatika üzrə imtahan verilir. Düşünə bilirsinizmi, humanitar ixtisası bitirən məntiqdən, informatikadan imtahan verir, ancaq öz sahəsi üzrə imtahan vermir. Məsələn, tarix fakültəsini bitirən tarix elmlər doktoru olmaq yolunda nə üçün tarixdən yox, məntiqdən imtahan verməlidir? Bu nə qədər absurd vəziyyətdir. Buna görə də imtahanda texniki ixtisasları bitirənlər daha yaxşı nəticə göstərir".
Eskpert deyir ki, əgər bu ilki suallar ötən ilkilərdən çətindirsə, vəziyyət daha acınacaqlı olacaq:
"Deməli, ötən ilkindən çox plan yeri boş qalacaq. Buna görə də DİM II cəhdi asan etməlidir ki, müsabiqə şərtlərini ödəyən gənclərin sayı dövlətin plan yerlərindən çox olsun".
Nəzrin Mirzəyeva, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:00 / 17.02.2026
Magistratura imtahanında ABSURD QAYDA – Tarixçi niyə məntiqdən imtahan verir?
Hazırda oxunan: Magistratura imtahanında ABSURD QAYDA – Tarixçi niyə məntiqdən imtahan verir?
Hazırda oxunan: Magistratura imtahanında ABSURD QAYDA – Tarixçi niyə məntiqdən imtahan verir?
596606
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































