Bakıda və Abşeronda toz fırtınası gözlənilir? – Rəsmi AÇIQLAMA

Hazırda oxunan: Bakıda və Abşeronda toz fırtınası gözlənilir? – Rəsmi AÇIQLAMA

596603

Bu həftə ərzində Türkiyənin bir çox vilayətində toz fırtınasının olacağı xəbərdarlığı verilib. Region ölkəsi olduğunun nəzərə alaraq anomal hava şəraitinin Azərbaycanda da müşahidə olunması gözlənilə bilər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, Şimali Afrika üzərindən cənub axınları vasitəsilə toz kütlələri Türkiyə ərazisinə daxil olub və hazırda ölkənin bəzi ərazilərində tozlu hava şəraiti müşahidə olunur.
 

Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova bildirib ki, sinoptik şəraitin təhlilinə əsasən, bu gün və sabah Azərbaycan ərazisində tozlu hava şəraiti proqnozlaşdırılmır.


“Region üzrə proses izlənilir. Növbəti günlərdə hər hansı dəyişiklik olarsa, məlumat veriləcək” – deyə məlumatda bildirilir.

Qeyd edək ki, toz fırtınası güclü küləklərin torpaq və qum hissəciklərini havaya qaldıraraq geniş əraziyə yaydığı təbii hadisədir. Bu zaman görünüş məsafəsi kəskin azalır və hava keyfiyyəti pisləşir. Əsasə tənəffüs problemləri olan şəxslər belə havalarda xüsusi ehtiyatlı olmalıdırlar.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin