Vüqar Qurbanovun səlahiyyətlərini icra edən Anar İsrafilov KİMDİR? – DOSYE

Hazırda oxunan: Vüqar Qurbanovun səlahiyyətlərini icra edən Anar İsrafilov KİMDİR? – DOSYE

596560

Xəbər verdiyimiz kimi, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov vəzifəsindən çıxarılıb. Sədrin səlahiyyətlərinin icrası direktorun müavini Anar İsrafilova həvalə olunub.

Bizim.Media Anar İsrafilovun dosyesini təqdim edir:
 

MÖVZU İLƏ BAĞLI:

TƏBİB sədri Vüqar Qurbanov vəzifəsindən AZAD EDİLDİ


Anar İsrafilov Azərbaycan Tibb Universitetində Pediatriya ixtisası, eləcə də Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idarəetməsi üzrə təhsil alıb.

Hazırda Azərbaycan Tibb Universitetində Nefrologiya ixtisası üzrə doktorantura pilləsi üzrə təhsilini davam etdirir.

Bir sıra dövlət və özəl tibb müəssisələrində uşaq nefroloqu kimi işləyib.

2006-2022-ci illər ərzində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. Səhiyyə nazirinin köməkçisi, Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri kimi fəaliyyət göstərib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin