Dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə 16 milyon manat vəsait geri qaytarıldı

Hazırda oxunan: Dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə 16 milyon manat vəsait geri qaytarıldı

596557

2026-cı ilin yanvar ayı ərzində dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 15 milyon 778,6 min manat məbləğində vəsait geri qaytarılıb.

Bu barədə Bizim.Media-ya Maliyyə Nazirliyinə istinadən xəbər verir.
 

Qeyd edilib ki, geri qaytarılan vəsaitlər fiziki şəxslərin pərakəndə ticarət və ictimai iaşə sahəsində aldıqları mallara, mədəniyyət (teatr, kino, muzey, konsert), tibbi xidmətlərə, o cümlədən işğaldan azad edilmiş ərazilərdəki mehmanxana xidmətlərinə, habelə əcnəbilər tərəfindən ölkə ərazisində istehsal və kommersiya məqsədi daşımayan malların alınmasına ödənilmiş ƏDV-nin qaytarılmasına aiddir.


Bununla yanaşı, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsi, həmçinin artıq ödənilmiş digər vergilər, dövlət rüsumu, faizlər və maliyyə sanksiyaları da geri qaytarılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin