Bakıda ilyarımdır direktorsuz qalan məktəbə TƏYİNAT

Hazırda oxunan: Bakıda ilyarımdır direktorsuz qalan məktəbə TƏYİNAT

596511

Bakı şəhəri, Sabunçu rayonunun Sabunçu qəsəbəsində yerləşən şəhid Cəlal Məmmədyarov adına 155 nömrəli tam orta məktəbə yeni rəhbər təyinatı həyata keçirilib.

Bizim.Media xəbər verir ki, sözügedən təhsil müəssisəsinin direktoru vəzifəsi Aynurə Əlövsət qızı Həsənovaya həvalə olunub.
 

Məlumat üçün bildirək ki, A.Həsənova 1987-ci il sentyabrın 17-də Zəngilan rayonunun Məmmədbəyli kəndində dünyaya gəlib. O, ali təhsilini Bakı Dövlət Universitetində alaraq, 2009-cu ildə Biologiya fakültəsindən məzun olub.


Pedaqoji karyerasına 2009-cu ildə Zəngilan rayonu 37 nömrəli tam orta məktəbdə başlayan A.Həsənova, 2016-cı ildən etibarən fəaliyyətini Bakı şəhərindəki 322 nömrəli tam orta məktəbdə davam etdirib.

2022-ci ildə o, Bakı şəhəri N.Rzayev adına 169 nömrəli tam orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə gətirilib.

A.Həsənova direktorların işə qəbulu müsabiqəsində uğurlu nəticə göstərib.

Qeyd edək ki, 155 nömrəli tam orta məktəbin sonuncu direktoru Ruhiyyə İbrahimova 2024-cü ilin sentyabr ayında Bakı şəhəri 112 nömrəli tam orta məktəbə rəhbər təyin edilib. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin