Ağdamda yeni yaşayış komplekslərinin tikintisinə başlanıldı - FOTO

Hazırda oxunan: Ağdamda yeni yaşayış komplekslərinin tikintisinə başlanıldı - FOTO

596505

Bir müddət əvvəl Ağdam şəhərinin 2-ci yaşayış kompleksinə sakinlərin qayıdışı təmin edilib. Hazırda burada 103 ailə, ümumilikdə 403 sakin yaşayır. Digər yaşayış komplekslərində isə tikinti işləri davam etdirilir və bu istiqamətdə yeni mərhələyə start verilib.

Bu barədə Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşı Fidan Məmmədli Bizim.Media-ya açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, artıq 5-ci yaşayış kompleksi üzrə tikinti işlərinə başlanılıb. Sözügedən kompleks 12 məhəllədən ibarətdir.

Məhəllələr üzrə ümumilikdə 50 bina layihələndirilib. Bunlardan 40-ı yaşayış binası, 10-u isə qeyri-yaşayış binası kimi nəzərdə tutulub. Kompleksdə 1, 2, 3 və 4 otaqlı olmaqla ümumilikdə 1074 mənzil planlaşdırılır.
 

Bundan əlavə, yaxın vaxtlarda 3-cü yaşayış kompleksində də tikinti işlərinə başlanılması planlaşdırılır. Həmin kompleks 13 məhəllədən ibarət olacaq.


Eyni zamanda bildirilib ki, Ağdam şəhərində bərpa edilən Ağdam Cümə məscidinin yardımçı tikililərinin və şəhərdə çoxfunksiyalı inzibati binanın tikintisinə də yaxın vaxtlarda start veriləcək.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin