İşdən çıxarılan nazir müavinlərinin yerinə - Onlar gətirildi

Hazırda oxunan: İşdən çıxarılan nazir müavinlərinin yerinə - Onlar gətirildi

596497

Fövqəladə hallar naziri Kəmaləddin Heydərova iki müavin təyin edilib.

Bizim.Media xəbər verir ki, bunlardan biri Cəbrayıl Eldar oğlu Xanlarovdur. O, bir neçə gün əvvəl işdən azad edilən Orucəli Hacıyevi əvəz edib. Cəbrayıl Xanlarov bu təyinatadək Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi idi.
 

Bundan başqa, Yusif Nəbiyev də nazir müavini təyin olunub. O isə bu vəzifədə işdən çıxarılan Etibar Mirzəyevi əvəzləyib.


Qeyd edək ki, Yusif Nəbiyev FHN-nin Baş yanğın təhlükəsizliyi eksperti idi.

Xatırladaq ki, K.Heydərovun üç müavini - general-leytenant Faiq Tağızadə, general-leytenant Etibar Mirzəyev və Orucəli Hacıyev tutduqları vəzifələrindən azad ediliblər. (Qaynarinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin