İtaliyada "Sevgililər Tağı" qayası UÇDU - FOTO

Hazırda oxunan: İtaliyada "Sevgililər Tağı" qayası UÇDU - FOTO

596479

İtaliyanın Apuliya regionunda, Adriatik dənizi sahilindəki "Sevgililər Tağı" qayası kəskinli hava şəraiti səbəbindən uçub.

Bizim.Media xəbər verir ki, bu barədə regionun veb saytında bildirilib.
 

"Leççe vilayətinin Melenduno rayonunda, Sant-Andreadakı "Sevgililər Tağı"nın çökməsi, bölgəmizin ciddi şəkildə yaşadığı iqlim dəyişikliyinin nəticəsidir və sahil xətlərimizin kövrəkliyinə və daimi təkamülünə diqqət çəkir: bu gün keçmişdən daha sürətli dəyişən landşaftlar", - açıqlamada qeyd olunur.


Apuliya regionunun infrastruktur və mobillik üzrə müşaviri Raffaele Piemontese "kollektiv yaddaşın, landşaftın və kimliyin" itirilməsindən danışıb.

O, həmçinin iqlim dəyişikliyinin yaratdığı dağıdıcı təbii proseslərin sürətlənməsini qeyd edib və oxşar hadisələrin qarşısını almaq üçün proaktiv tədbirlər görülməsinə çağırıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin