Tələbə qızlar dəm qazından zəhərləndi

Hazırda oxunan: Tələbə qızlar dəm qazından zəhərləndi

596476

Gəncədə zəhərlənmə hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, 2006-cı il təvəllüdlü F. Həsənova, 2006-cı il təvəllüdü İ. Mollayeva və 2005-ci il təvəllüdlü N. Musayeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib.

Dərhal onlara yardım edilib, hazırda vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə hər 3 şəxs Zaqatala rayon sakinləridir, onların tələbə olduqları bildirilir.

Zəhərlənən şəxslər yaşadıqları evdə dəm qazından zəhərləniblər. Faktla bağlı araşdırma aparılır.(Apa.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin