Yasamalda avtomobil yandı

Hazırda oxunan: Yasamalda avtomobil yandı

596466

Paytaxtın Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində avtomobildə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Bizim.Media-ya bildirilib ki, əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

“Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “Ford transit” markalı yük avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb. 

Yanğın nəticəsində avtomobilinin mühərriki və kabina hissəsi yanıb. Avtomobilin digər hissələri yanğından mühafizə olunub”, - məlumatda deyilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin