Bakıda ana uşağını küçəyə atdı - Hər kəs onun axtarır - VİDEO

Hazırda oxunan: Bakıda ana uşağını küçəyə atdı - Hər kəs onun axtarır - VİDEO

596447

Bakıda ana öz azyaşlı övladına qarşı qeyri-insani rəftar nümayiş etdirib. Gecə saatlarında qızını küçənin ortasında tərk edən qadın uşağa təkbaşına sığınacağa getməsini tapşıraraq ərazidən uzaqlaşıb.

Bizim.Media xəbər verir ki, hadisə gecə saat 1 radələrində baş verib. Sığınacaqdan təxminən 200-300 metr aralıda anası tərəfindən tərk edilən azyaşlı qız qaranlıq küçələrlə təkbaşına hərəkət edərək sığınacağın qapısına qədər gəlib çıxa bilib.

Sığınacağın əməkdaşları uşağı qarşıladıqdan sonra dərhal ətraf ərazidə ananı axtarsalar da, onu tapmaq mümkün olmayıb. Sığınacaq rəsmiləri baş verən hadisənin böyük stres və həyəcan yaratdığını bildiriblər:

"Uşaq təkbaşına gəlib sığınacağa. O, yolu tapmaya bilərdi, kimsə onu qaçıra bilərdi və ya qaranlıq küçədə başına başqa bir iş gələrdi. Kameralara baxanda dəhşətə gəlirik ki, bu uşaq necə gəlib bura çıxıb? Bu hərəkətin heç bir bəhanəsi ola bilməz".

Hazırda faktla bağlı araşdırma aparılır və uşağı təhlükədə qoyan valideynin müəyyən edilməsi istiqamətində işlər görülür. (Oxu.az)



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin