Həcc ziyarəti ilə bağlı mühüm addım: Martın 7-dək...

Hazırda oxunan: Həcc ziyarəti ilə bağlı mühüm addım: Martın 7-dək...

596359

Həcc ziyarətinə getmək üçün sənəd qəbulunun müddəti uzadılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri məlumat yayıb.

Onun sözlərinə görə, Həcc ziyarətinə getmək üçün sənəd qəbulunun müddəti mart ayının 7-ə kimi uzadılıb:
 

“Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə nazirliyindən gələn təlimatlara əsasən, habelə, xaricdə və bölgələrdə yaşayan vətəndaşlarımızın çoxsaylı müraciətlərini nəzərə alaraq bu ilki Həcc mövsümü üçün sənəd qəbulunun müddəti tərəfimizdən mart ayının 7-dək uzadılıb. Vətəndaşlarımızdan xahiş edirik ki, gec qalmasınlar, göstərilən tarixdən sonra bir daha müddət uzadılmayacaq”.


Xatırladaq ki, 2026-cı il Həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiymətini 6100 ABŞ dolları müəyyən edilib.

Tələb olunan sənədlər:

1) Ümumvətəndaş pasportu (ən azı 1 il vaxtı olmalıdır);

2) Şəxsiyyət vəsiqəsinin surəti;

3) 5 sm × 5 sm ölçüdə 2 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda);

4) Sağlamlıq haqqında arayış.

Qeyd edək ki, bundan əvvəl sənəd qəbulu üçün son tarix 2026-cı il fevralın 15-i müəyyən edilimişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin