Çingiz Abdullayev: "Sanki alçalaraq pul istəyirik"

Hazırda oxunan: Çingiz Abdullayev: "Sanki alçalaraq pul istəyirik"

596358

Azərbaycan Respublikasının Xalq yazıçısı və Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Çingiz Abdullayev sosial şəbəkə hesabında Azərbaycan ədəbiyyatı və dilinin təbliği ilə bağlı diqqətçəkən paylaşım edib.

Bizim.Media xəbər verir ki, onun sözlərinə görə, artıq iki ildir ədəbiyyat və dilin təbliği üçün maliyyə tapmaq məqsədilə “sanki alçalaraq pul istəməli olurlar”.

Paylaşımında o, mədəniyyət sahəsinə ayrılan vəsait məsələsinə də toxunub. Çingiz Abdullayev qeyd edib:

“Azərbaycan ədəbiyyatı və dilini təbliğ etmək üçün artıq iki ildir ki, sanki alçalaraq pul istəyirik. Bəlkə mənimsənmiş pulların bir faizini mədəniyyətin təbliğatı üçün xərcləməyə qərar vermək lazımdır?”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin