“Bu gün ölkəmizdə ilk televiziyanın yaranmasından 70 il ötür. 1956-cı ilin 14 fevralında fəaliyyətə başlayan Bakı Televiziya Studiyası qısa zamanda maarifləndirən və məlumatlandıran güclü vasitəyə çevrilərək informasiya məkanımızın formalaşmasında, xalqımızın ictimai, siyasi və mədəni həyatında mühüm rol oynayıb”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında yazıb.
H. Hacıyev qeyd edib ki, dövlətimizin başçısı televiziya kanallarına daim diqqət və qayğı göstərir:
“Məzmun və format baxımından daim yenilənən televiziya kanallarımızın hər uğurlu efirinin arxasında jurnalistlərin, aparıcıların, rejissorların, operatorların və bütövlükdə yaradıcı heyətin böyük zəhməti və fədakar əməyi dayanıb.
Bu əlamətdar gün münasibətilə bütün televiziya işçilərini səmimi qəlbdən təbrik edir, yeni yaradıcılıq uğurları arzulayıram. Efiriniz daim işıqlı olsun!”
Bu gün ölkəmizdə ilk televiziyanın yaranmasından 70 il ötür.
— Hikmet Hajiyev (@HikmetHajiyev) February 14, 2026
1956-cı ilin 14 fevralında fəaliyyətə başlayan Bakı Televiziya Studiyası qısa zamanda maarifləndirən və məlumatlandıran güclü vasitəyə çevrilərək
informasiya məkanımızın formalaşmasında, xalqımızın ictimai, siyasi və… pic.twitter.com/eM6BdyXVm7
Bizim.Media
































































































