Bininci Qarabağ müharibəsində itkin düşən İsmayıl Müslümov ANILDI - FOTO

Hazırda oxunan: Bininci Qarabağ müharibəsində itkin düşən İsmayıl Müslümov ANILDI - FOTO

596276

Bininci Qarabağ müharibəsində döyüşlərə qatılaraq itkin düşənlərdən biri də İsmayıl Müslümovun anım mərasimi keçirilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, İ. Müslümovun xatirəsi Zaqatalanın Qaladüzü qəbiristanlığında rayonun itkin şəhidlərinin xatirəsinə ucaldılan “İtkinlər abidəsi” önündə anılıb.

Anım tədbirinə qatılanlar abidə önünə tər-çiçəklər düzüb, şəhidlərin xatirəsinə dualar oxuyub, Azərbaycan əsgərinin qəhrəmanlığından bəhs ediblər.

Qeyd edək ki, İsmayıl Müslümov Zaqatalanın Aşağı Tala kəndində anadan olub. Birinci Qarabağ müharibəsinə atılaraq, Kəlbəcər istiqamətində gedən döyüşlərdə iştirak edib. 1994 cü il fevral ayınin 11-də növbəti döyüşlərə yollanıb və itkin düşüb. Anası İsmi xanım bu illər ərzində oğlunun yolunu, onunla qovuşacağı günü gözləyərək ümidini üzməyib. 32 ildir gözləri yol çəkən şəhid anası inanır ki, oğlundan tezliklə xəbər ala biləcək. Çünki Azərbaycan dövləti bu istiqamətdə davamlı və ardıcıl iş aparır, itkinlərin tapılması üçün bütün vasitə və imkanlardan istifadə edir.



Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin