Azərbaycanın səhiyyə sistemində son illərdə aparılan struktur dəyişiklikləri və milyardlarla manatlıq büdcə vəsaitlərinin idarə olunması ictimaiyyətin diqqətini həm də bu vəsaitlərin "bölüşdürücü" simalarına yönəldib.
Bizim.Media xəbər verir ki, bu simalar arasında ən çox mediada müzakirə olunan adlardan biri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyevin etimad göstərdiyi kadr, hazırda "İnnovasiya və Təchizat Mərkəzi" publik hüquqi şəxsin (PHŞ) direktoru olan Nurlan Quliyevdir.
Nurlan Quliyevin yüksəlişi birbaşa Zaur Əliyevin himayəsi ilə bağlıdır. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Satınalma və Təchizat Departamentinin müdiri vəzifəsindən gələn Nurlan Quliyev 2024-cü ildən etibarən Səhiyyə Nazirliyindən alınaraq, TƏBİB-in tabeliyinə verilən “İnnovasiya və Təchizat Mərkəzi”nə rəhbər təyin edilib. Bu təyinat sıradan olan kadr yerdəyişməsi deyil. Bu, ölkənin dərman preparatları, tibbi avadanlıqlar və səhiyyə xidmətləri üçün ayrılan milyardlıq satınalma rıçaqlarının bir nəfərin əlində cəmləşməsi deməkdir.
Mediada və tibb ictimaiyyəti arasında Nurlan Quliyevin adı daha çox Zaur Əliyevin “gizli kassası” kimi hallanır. Onun iş metodları haqqında gəzən iddialar isə kifayət qədər ziddiyyətlidir.
İddialara görə, Nurlan Quliyev tenderlərdə iştirak edən şirkətləri özünün "qaydaları" çərçivəsində sıxışdıraraq, onlar üzərindən manipulyasiya əməliyyatları həyata keçirir. Onun təsir gücü o qədər genişdir ki, hətta, Zaur Əliyevin yaxın çevrəsinə daxil olan bəzi şirkətləri belə öz maraqlarına xidmət etmədiyi təqdirdə tenderlərdən kənarlaşdırmağa nail olur.
Nurlan Quliyevin fəaliyyəti ilə bağlı iddialar bununla da bitmir. O, rəsmi olaraq TƏBİB-in tabeliyində çalışsa da, ancaq sözügedən qurumun rəhbəri Vüqar Qurbanovun deyil, birbaşa Zaur Əliyevin təlimatları ilə hərəkət etdiyi, daxili idarəetmədə subordinasiya qaydalarını kobud şəkildə pozduğu deyilir. “İnnovasiya və Təchizat Mərkəzi”nin TƏBİB-in tabeliyinə verilməsinə baxmayaraq, Nurlan Quliyevin özünü hələ də Zaur Əliyevin kadrı kimi aparması, bu sahədə ciddi çatların olduğunu göstərir. Bu, həm də dövlət vəsaitlərinin şəffaf xərclənməsi ilə bağlı ciddi suallar yaradır.
Bütövlükdə, Nurlan Quliyevlə bağlı formalaşan bu cür imic həm Zaur Əliyevin rəhbərlik etdiyi quruma, həm də bütövlükdə səhiyyə islahatlarına olan inamı zədələyir. Milyardlarla büdcəsi olan “İnnovasiya və Təchizat Mərkəzi” PHŞ rəhbərinin adının bu cür qalmaqallı iddialarda hallanması isə dövlətin müvafiq orqanları üçün ciddi siqnal olmalıdır. (Mənbə: demokrat.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
18:32 / 14.02.2026
Səhiyyə tenderlərinin “boz kardinalı”: Nurlan Quliyev kimdir?
Hazırda oxunan: Səhiyyə tenderlərinin “boz kardinalı”: Nurlan Quliyev kimdir?
Hazırda oxunan: Səhiyyə tenderlərinin “boz kardinalı”: Nurlan Quliyev kimdir?
596260
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































