Qriqoryan Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşüb

Hazırda oxunan: Qriqoryan Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşüb

596245

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan "Sülh körpüsü" təşəbbüsü çərçivəsində Ermənistana səfər edən Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurası məlumat yayıb.

Qeyd edilib ki, Qriqoryan Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin Ermənistana səfərini alqışlayıb və vurğulayıb ki, bu formatda ikitərəfli əlaqələr qarşılıqlı etimadın möhkəmlənməsində və mehriban qonşuluq münasibətlərinin inkişafında mühüm rol oynayır.

Tərəflər sülh prosesini, regional kanalların blokadadan çıxarılması nəticəsində yaranacaq iqtisadi imkanları, həmçinin Ermənistan-Azərbaycan münasibətlərinin cari inkişaf dinamikasını müzakirə ediblər.

Görüşün ikinci hissəsində Qriqoryan iclas iştirakçılarının suallarını cavablandırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin