Son 7 ildə övladlığa verilən uşaqların SAYI AÇIQLANDI

Hazırda oxunan: Son 7 ildə övladlığa verilən uşaqların SAYI AÇIQLANDI

596235

2019-cu ilin noyabrından etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən 836 uşaq övladlığa verilib.

Bizim.Media xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. Qeyd olunub ki, uşaqlardan 422 nəfəri oğlan, 414 nəfəri qızdır.

Uşaqların övladlığa verildiyi ailələrdə vəziyyətlərinin öyrənilməsi üçün onlar 18 yaşına çatanadək övladlığagötürmənin ilk ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə monitorinqlər aparılır.
 

2020-ci ilin ortalarından fəaliyyətə başlayan Agentliyin reinteqrasiya tədbirləri nəticəsində isə ötən dövrdə dövlət uşaq müəssisələrindən 467-si oğlan, 387-si qız olmaqla 854 uşaq öz ailələrinə qaytarılıb.


Həmçinin 856 uşağın ailələri tərəfindən müəssisələrə verilməsinin qarşısı alınıb, həmin uşaqların öz ailələrində saxlanılması təmin olunub.

Qeyd edək ki, övladlığagötürmə sahəsində dövlət siyasətinin icrası və tənzimlənməsi 2019-cu ilin noyabrından etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin