Hava KƏSKİN DƏYİŞİR – Güclü külək, yağış...

Hazırda oxunan: Hava KƏSKİN DƏYİŞİR – Güclü külək, yağış...

596199

Azərbaycanda fevralın 15-də havanın yağmurlu keçəcəyi gözlənilir.

Bizim.Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.
 

Bakıda havanın temperaturu gecə 5-9° isti, gündüz 14-16° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunudan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.


Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Bölgələrdə havanın temperaturu gecə 4-9° isti, gündüz 17-22° isti, dağlarda gecə 3-8° isti, gündüz 15-20° isti olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin