Abşeronda qanunsuz aparılan tikinti işlərinin qarşısı alındı - FOTO

Hazırda oxunan: Abşeronda qanunsuz aparılan tikinti işlərinin qarşısı alındı - FOTO

596156

Abşeron rayonunun müxtəlif ünvanlarında qeyri-qanuni və qanunvericiliyin tələblərini kobud şəkildə pozmaqla həyata keçirilən tikinti işlərinin qarşısı alınıb.

Bizim.Media xəbər verir ki, ərazinin monitorinqləri zamanı rayonun Masazır, Görədil, Hökməli və Saray qəsəbələrində qanunvericiliyin tələblərini pozmaqla həyata keçirilən müxtəlif tipli tikinti-quraşdırma işləri aşkar olunub.

Yerli səviyyədə həyata keçirilən nəzarət zamanı Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən mütəmadi olaraq aparılan daimi reydlər zamanı aşkarlanan, ayrı-ayrı vətəndaşlar tərəfindən zəbt olunmuş torpaq sahələrində, kommunikasiya xətlərinin mühafizə zolaqlarında tikinti işlərinin aparılması kimi faktlarla əlaqədar hüquq-mühafizə orqanlarına məlumatlar verilib və inşa işləri dayandırılıb.

O cümlədən Masazır kəndində “Qurtuluş-93” Yaşayış Kompleksində binanın 1-ci mərtəbəsində və zirzəmilərində torpaq qatının çıxarılması, mişar daşlarından olan hörgünün sökülməsi, eləcə də qanunvericiliyə uyğun olmayan tikinti-quraşdırma işlərinin aparılması aşkar olunub.

Qeyri-qanuni fəaliyyətlər müəyyən olunduqdan sonra həyata keçirilən işlər Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəlada Hallar Nazirliyi və Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən dayandırılıb, qanunsuz işlər aktlaşdırılaraq müvafiq qurumlara lazimi tədbirlərin görülməsi ilə bağlı müraciətlər edilib.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin