Hazırda Suraxanı rayonu, Aeroport şosesində ("Buta Palace" yaxınlığında) mövcud istismar müddətini başa vurmuş elektron məlumat-sürət tablolarının üzərində olduğu metal konstruksiyanın bir hissəsinin söküntü işlərinə başlanılıb.
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Bizim.Media-ya bildirilib ki, bu səbəbdən Hava limanı yolundan (Hava limanı körpüsündən) "Koroğlu" metrostansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.
Mərdəkan şosesindən gələn sürücülər alternativ yol olaraq Zığ şosesi istiqamətinə yönləndirilir.
Məhdudiyyətin tətbiq olunduğu müddətdə nəqliyyat vasitələrinin rahat hərəkəti üçün yol polisi tərəfindən zəruri tədbirlər görülür.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
00:12 / 14.02.2026
Bu gündən aeroport yolu BAĞLANIR
Hazırda oxunan: Bu gündən aeroport yolu BAĞLANIR
Hazırda oxunan: Bu gündən aeroport yolu BAĞLANIR
596147
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































