Bakının bir sıra yollarında SIXLIQ VAR

Hazırda oxunan: Bakının bir sıra yollarında SIXLIQ VAR

596104

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual
İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda:

1. Dənizkənarı küçəsi, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində;

2. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

3. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

4. Babək prospekti, mərkəz istiqamətində;

5. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

6. Şəmsi Bədəlbəyli küçəsi, "Qış parkı"nın qarşısından Mərkəzi Bank istiqamətində;

7. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

8. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə
qədər;

9. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

10. Neftçilər prospekti, Yusif Səfərov küçəsi istiqamətində;

11. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

12. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;

13. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

14. Əbdülvahab Salamzadə küçəsi, "Qələbə" dairəsi istiqamətində;

15. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

16. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

17. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;

18. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

19. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından "20 Yanvar" metro
stansiyası istiqamətində;

20. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində sıxlıq müşahidə olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin