Lamiyəni bıçaqlayan keçmiş ərinə 14 il HƏBS CƏZASI

Hazırda oxunan: Lamiyəni bıçaqlayan keçmiş ərinə 14 il HƏBS CƏZASI

596100

Şirvanda keçmiş həyat yoldaşını bıçaqlayaraq öldürməyə cəhddə təqsirləndirilən Tural Qanbayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Ənnağı Məmmədlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Tural Qanbayev 14 il müddətinə azadlıqdan məhrum edilib.
 

Xatırladaq ki, hadisə ötən il oktyabr ayında Şirvan şəhərində baş verib. Təqsirləndirilən Tural Qanbayev keçmiş həyat yoldaşı Lamiyə Qanbayevaya ailə-məişət münaqişəsi zəminində baş verən mübahisə nəticəsində 11 bıçaq zərbəsi vurub, sonra sirkə turşusu içərək intihara cəhd edib.


Lamiyə Qanbayeva “Şirvan Şəhər Mərkəzi Xəstəxanası” PHŞ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin