Çindən bağlamaların Azərbaycana göndərişində müvəqqəti fasilələr və gecikmələr yarana bilər.
Bizim.Media xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) məlumat yayıb.
Məlumata əsasən, Çin Xalq Respublikasında bayram günləri ilə əlaqədar olaraq fevralın 15-dən 23-dək rəsmi qeyri-iş günləridir.
“Qeyd olunan dövrdə Çin ərazisində fəaliyyət göstərən anbarların əksəriyyətinin iş rejimində məhdudiyyətlər tətbiq olunur. Buna görə də, bağlamaların ölkəmizə göndərişində müvəqqəti fasilələr və gecikmələr yarana bilər. Göndəriş proseslərinin bayramdan sonra mərhələli şəkildə bərpa olunacağı gözlənilir. İstifadəçilərə sifarişlərini planlaşdırarkən bu məqamları nəzərə almaları tövsiyə olunur”, - deyə İKTA-nın məlumatında qeyd olunub.

Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:44 / 13.02.2026
Çindən Azərbaycana sifarişi olanların DİQQƏTİNƏ! Fevralın 15-dən 23-dək...
Hazırda oxunan: Çindən Azərbaycana sifarişi olanların DİQQƏTİNƏ! Fevralın 15-dən 23-dək...
Hazırda oxunan: Çindən Azərbaycana sifarişi olanların DİQQƏTİNƏ! Fevralın 15-dən 23-dək...
596099
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































