Xırdalanda yarım ton yanacaq oğurlayan sürücü HƏBS EDİLDİ

Hazırda oxunan: Xırdalanda yarım ton yanacaq oğurlayan sürücü HƏBS EDİLDİ

596074

Abşeronda yük avtomobilindən yarım ton yanacaq oğurlayan şəxs saxlanılıb.

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhəri ərazisində baş verib.
 

“MAN” markalı yük avtomobilindən 490 litr yanacaq oğurlanıb. Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 40 yaşlı R.Cahangirov saxlanılıb.


Araşdırma zamanı müəyyən edilib ki, R.Cahangirov oğurladığı yanacağı eyni markadan olan öz yük maşınının çəninə töküb.

R.Cahangirov barəsində toplanan material məhkəməyə göndərilib. O, 30 gün müddətinə inzibati qaydada həbs edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin