30 ildən çox idi ailəsi axtarırdı: Kəlbəcərdən NƏŞİ TAPILDI – FOTO

Hazırda oxunan: 30 ildən çox idi ailəsi axtarırdı: Kəlbəcərdən NƏŞİ TAPILDI – FOTO

596058

Birinci Qarabağ müharibəsinin mülki şəhidi Bahadur Məhəmməd oğlu Kamalovun nəşi tapılıb.

Bizim.Media “oxu.az”a istinadla xəbər verir ki, onun nəşi yaxın günlərdə ailəsinə veriləcək.

Qeyd edək ki, B.Kamalov 19 yanvar 1937-ci ildə Kəlbəcər rayonunda doğulub.

O, Zar kənd sovetinin sədri vəzifəsində işləyib. Erməni qoşunları Kəlbəcəri işğal edərkən 5 aprel 1993-cü ildə Kəlbəcər rayonu ərazisində itkin düşüb. 8 aprel 1993-cü ildə ermənilər tərəfindən öldürülüb.
 

İndiyə qədər mərhumun məzar yeri bilinmirdi. Onun ailəsi Kəlbəcər rayonundan qaçqın düşdükdən sonra Bərdə rayonunun Yeni Daşkənd kəndində məskunlaşıb.


Xatırladaq ki, bir müddət əvvəl də Birinci Qarabağ müharibəsində itkin düşən Rəsul Ağayevin nəşi tapılaraq ailəsinə təhvil verilmişdi.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin