Bağdadda ilk dəfə hazırlanan “İraq-türkman dilinin qrammatikası” kitabının təqdimatı keçirilib – FOTO

Hazırda oxunan: Bağdadda ilk dəfə hazırlanan “İraq-türkman dilinin qrammatikası” kitabının təqdimatı keçirilib – FOTO

596052

Fevralın 12-də Bağdadda “İraq-türkman dilinin qrammatikası” kitabının təqdimat mərasimi keçirilib. 

Bizim.Media xəbər verir ki, Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasının (ABİA) və Müstənsəriyyə Universitetinin birgə təşəbbüsü ilə keçirilən tədbirdə ölkənin rəsmi şəxsləri, İraq türkmanlarını təmsil edən vətəndaş cəmiyyəti institutları nümayəndələri, diplomatlar, elm və mədəniyyət xadimləri iştirak ediblər.

Qeyd edək ki, bu nəşr İraq türkman dilinin qrammatik bazasının sistemləşdirildiyi ilk elmi kitab hesab olunur.

Kitab Azərbaycanda fəaliyyət göstərən Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasının (ABİA) dəstəyi, Azərbaycan Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun tərəfdaşlığı ilə 2025-ci ildə hazırlanıb, Azərbaycan və ərəb dillərində nəşr edilib.
 

Tədbirdə çıxış edən Kərkük Universitetinin professoru dr. Nəbil Şahin Kifrili, İraq XİN-nin təmsilçisi səfir Əli Qabbani, Müstənsəriyyə Universiteti Hüquq fakutəsi dekanı dr. Malik Mənsi əl-Hüseyni, professor Çoban Xıdır qeyd ediblər ki, bu nəşr zəngin keçmişə və unikal təsnifata malik İraq türkamanlarının ana dilinin sistemləşdirilməsi sahəsində atılmış tarixi addımdır.  


Çıxışlarda eləcə də qeyd olunub ki, azərbaycanlı alimlərin dəstəyi ilə bir il ərzində akademik araşdırma nəticəsində ərsəyə gəlmiş və ABİA-nən yardımı ilə nəşr edilmiş bu elmi əsər İraq-türkman dilinin akademik səviyyədə qrammatik bazasının, o cümlədən vahid ədəbi dilinin formalaşmasına töhfə verməsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanlı həmkarlara öz təşəkkürünü bildirən natiqlər bu kitabın 4 milyonluq İraq türkmanlarının ana dilinin və mədəniyyətlərinin inkişafına təkan verəcəyinə əminliklərini ifadə ediblər.

Tədbirdə çıxış edən, kitabın həmredaktorları Bağdad Universitetinin professoru, səfir Dr. Mahmud Çayırlı, və AMEA  Şərqşünaslıq İnstitutunun direktor müavini Dr. Elnur Mustafayev Azərbayan alimləri və İraq türkmanları arasında baş tutan elmi əməkdaşlığın qardaş türkman toplumu ilə Azərbaycan xalqı arasında tarixi-mənəvi bağların möhkəmləndirilməsinə xidmət etdiyini vurğulayıblar.

ABİA-nın idarə heyətinin sədri Elçin Əsgərov, Azərbaycanın İraqdakı səfirliyinin müşaviri Elnur Məmmədzadə, İraq türkmanları və Azərbaycan arasında son illərdə həyata keçirilən tədbirlərin Azərbaycan və İraq dövlətləri və xalqları arasında əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyini bildiriblər.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin