“Mənzillərin tikilməsində obyektiv və subyektiv səbəblər var. Həm tikinti ilə məşğul olan şirkətlərin məsuliyyətsizliyi, həm də vətəndaşın az bir sahəni çox böyük qiymətə o şirkətə satmaq məsuliyyəti də var. Bu məsələnin tənzimlənməsi üçün məhkəməyədək bazar qiymətlərinin müəyyənləşdirilməsi olmalıdır ki, həm vətəndaş, həm də tikinti aparan şirkət əziyyət çəkməsin”.
Bizim.Media xəbər verir ki, bunu deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Mülki Məcəllə və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı deyib.
"Vaxtilə müxtəlif insanlar dəmiryollarının kənarında evlər tikiblər. Bu artıq həmin ərazilərdə xətlərin genişləndirilməsi və yenidənqurulmasına ciddi problemlər yaradır", - deyə o qeyd edib.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:12 / 13.02.2026
Vətəndaş və tikinti şirkəti arasındakı mübahisələr BU YOLLA həll edilə bilər
Hazırda oxunan: Vətəndaş və tikinti şirkəti arasındakı mübahisələr BU YOLLA həll edilə bilər
Hazırda oxunan: Vətəndaş və tikinti şirkəti arasındakı mübahisələr BU YOLLA həll edilə bilər
596039
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































