“Mühüm məsələlərdən biri də böyük şəhər bələdiyyələrinin yaradılmasıdır. Prinsip etibarilə, bir şəhərdə 30-dan artıq bələdiyyə fəaliyyət göstərirsə, vahid böyük şəhər bələdiyyəsinin yaradılması məqsədəuyğun ola bilər. Heç olmasa, Bakıda biz bunu təmin edə bilərik”.
Bizim.Media xəbər verir ki, bunu deputat Fazil Mustafa parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
O bildirib ki, bələdiyyələrin imkanları artırılmalıdır:
“Qəbiristanlıqları saxlamağa bələdiyyələrin imkanları yoxdur. Biz birinci imkanlar barədə düşünməliyik və elə etməliyik ki, bu imkanlar artsın”.
Deputat sonuncu bələdiyyə seçkilərində etibarsız sayılan seçki nəticələrinə də münasibət bildirərək bu məsələnin də həll olunmasının vacibliyini vurğulayıb.
Günay Şahmar, Bizim.Media






























































































