Dini məsələlərlə bağlı çağrı mərkəzi YARADILDI

Hazırda oxunan: Dini məsələlərlə bağlı çağrı mərkəzi YARADILDI

595975

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin çağrı mərkəzi yaradılıb.

Bizim.Media xəbər verir ki, çağrı mərkəzi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 50 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları"na uyğun olaraq, vətəndaşların müraciətlərinə baxılması işinin səmərəli təşkili, operativ cavablandırılması, göstərilən xidmətlərin effektivliyinin artırılması məqsədilə yaradılıb.
 

Bu yeni xidmət vasitəsilə vətəndaşlar komitənin fəaliyyəti ilə bağlı müxtəlif suallara cavab ala, eləcə də şikayət və təkliflərini ünvanlaya bilərlər.


Vətəndaşlar müvafiq məsələlərlə bağlı şəhər və mobil telefonlarından birbaşa "8160" nömrəsinə zəng edərək əlaqə yarada bilərlər.

Qeyd edək ki, çağrı mərkəzi iş günləri saat 09:00-dan 18:00-dək fəaliyyət göstərir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin