Bəzi şəxslər sağlamlığı üçün kartof yeməməlidir - Həkimdən QADAĞA

Hazırda oxunan: Bəzi şəxslər sağlamlığı üçün kartof yeməməlidir - Həkimdən QADAĞA

595960

Ən geniş yayılmış qida məhsullarından biri olan kartof vitaminlər, minerallar, lif və antioksidantlarla zəngindir, lakin hər kəs üçün uyğun deyil.

Bizim.Media xəbər verir ki, bu barədə aif.ru-ya müsahibəsində həkim-endokrinoloq və dietoloq Anton Polyakov danışıb.

Mütəxəssisin sözlərinə görə, kartof badımcançiçəklilər fəsiləsinə (paslönlərə) fərdi dözümsüzlüyü olan şəxslərə, eləcə də kartofun özünə allergiyası və ya həssaslığı olanlara qəti şəkildə qadağandır.
 

“Bundan əlavə, kartof şəkərli diabet və bir sıra digər xəstəliklər zamanı qadağan edilən məhsullar sırasındadır. Söhbət ağır karbohidrat mübadiləsi pozuntularından gedir ki, bu zaman istənilən karbohidrat qəbulu insanın vəziyyətini pisləşdirə bilər”, — deyə ekspert bildirib.


Polyakov əlavə edib ki, piylənmə, şəkərli diabet və metabolik sindrom zamanı kartof az miqdarda qəbul edilə bilər. Bu, nişastalı qidadır və tez bir zamanda sadə karbohidratlara, yəni qlükozaya parçalanır. Kartof qanda şəkərin səviyyəsini artıra və piy toxumasının toplanmasına səbəb ola bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin