Novxanıda ferma sahibi ilə sakinlər arasında NARAZILIQ - VİDEO

Hazırda oxunan: Novxanıda ferma sahibi ilə sakinlər arasında NARAZILIQ - VİDEO

595959

Heyvanların leşi və tullantılar əraziyə atılır.

Bizim.Media xəbər verir ki, bunu Abşeron rayonu Novxanı qəsəbəsi Salatın Əsgərova küçəsində yaşayan sakinlər iddia edirlər. Onlar ərazidə yerləşən fermanın natəmizlyinidən şikayətçidirlər.
 

Ferma sahibi isə bildirdi ki, bura kənd təsərrrüfatı üçün ayrılan ərazidir. Rəsmi qaydada ferma tikilib. Sakinlərin iddialarına isə belə cavab verdi. Məsələ ilə bağlı, Qəsəbə Bələdiyyəsindən də "Xəzər Xəbər"ə bildirildi ki, sözügedən ərazi vətəndaşın şəxsi mülkiyyətində olmaqla, kənd təsərrüfatlı təyinatlıdır.


Sahibkar qanunamüvafiq şəkildə kənd təsərrüfatı sahəsi ilə məşğul olur. Ərazinin təmiz saxlanılması ilə bağlı onunla maarifləndirici söhbətlər aparılıb.

Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin