Sabirabadda 1 nəfərin ölümü ilə nəticələnən qida zəhərlənməsi ilə bağlı araşdırma başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq AQTA-dan məlumat verilib.
Bildirilib ki, Sabirabadda baş verən hadisə nəzarətdədir.
“Hadisənin səbəblərinin, həmçinin qida zəhərlənməsi olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlayıb. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək”, - deyə əlavə edilib.
Qeyd edək ki, Sabirabadda bir ailənin 4 üzvü qidadan zəhərlənib. Ailə üzvlərindən 2015-ci il təvəllüdlü Cəfərov Hüseyn həyatını itirib.
Bizim.Media





































































































