Bərdə rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər həyatını itirib, iki nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, qəza zamanı “VAZ-2106” markalı avtomobilin sürücüsü Ocaqverdiyev Elməddin hadisə yerində dünyasını dəyişib.
Avtomobildə olan Musayev Vasif İsfəndiyar oğlu və Əhmədov Elçin Kamil oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Bərdə Diaqnostika Mərkəzinə çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.



Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu.





































































































