Naxçıvan səhiyyə nazirinin birinci müavini vəzifəsi LƏĞV EDİLDİ

Hazırda oxunan: Naxçıvan səhiyyə nazirinin birinci müavini vəzifəsi LƏĞV EDİLDİ

595941

Naxçıvan Muxtar Respublikasında (MR) səhiyyə nazirinin birinci müavini vəzifəsi ləğv edilib.

Bizim.Media report-a istinadən xəbər verir ki, bununla bağlı Naxçıvan Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov müvafiq fərman imzalayıb.
 

Bununla da səhiyyə nazirinin Ali Məclis sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini olacaq.


Qeyd edək ki, B.Məmmədovun 1 dekabr 2025-ci il sərəncamı ilə Rəşadət Nabatov Naxçıvan MR-in səhiyyə nazirinin müavini təyin edilib. Səhiyyə naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası ona həvalə edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin