YAP Ramiz Mehdiyevə görə iclas KEÇİRƏCƏK

Hazırda oxunan: YAP Ramiz Mehdiyevə görə iclas KEÇİRƏCƏK

595939

Hakim Yeni Azərbaycan Partiyası (YAP) yaxın vaxtlarda bir araya gələrək Ramiz Mehdiyev barəsində müvafiq qərar qəbul etməyi planlaşdırır.

Bizim.Media xəbər verir ki, bu barədə modern.az saytına verdiyi müsahibədə millət vəkili, YAP Veteranlar Şurasının təmsilçisi Tahir Rzayev məlumat verib.

Deputat vurğulayıb ki, atılacaq addımlar istintaq prosesinin gedişatından birbaşa asılı olacaq.
 

"Ramiz Mehdiyevin partiya sıralarından xaric edilməsi məqsədilə hüquq-mühafizə orqanları tərəfindən onun qanunsuz əməllərinin sübuta yetirilməsi barədə rəsmi təqdimat verilməlidir. Yalnız bundan sonra onun YAP-a və Veteranlar Şurasına üzvlüyünə birdəfəlik son qoyulmalıdır".


T.Rzayev əlavə edib ki, uzun illər ərzində yüksək postlarda çalışmış bir şəxsin bu cür hallara yol verməsi qəbuledilməzdir.

"Şübhəsiz, təhlükəsizlik xidmətlərinin malik olduğu faktları nəzərdən keçirdikdə aydın olur ki, Ramiz Mehdiyevin partiya sıralarında qalması qeyri-mümkündür. Hakim partiya bu məsələ ilə əlaqədar öz mövqeyini yaxın günlərdə açıqlayacaq", - deyə parlament üzvü fikrini tamamlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin