Atalığı tərəfindən zorakılığa məruz qalan 11 yaşlı qızla bağlı YENİ XƏBƏR

Hazırda oxunan: Atalığı tərəfindən zorakılığa məruz qalan 11 yaşlı qızla bağlı YENİ XƏBƏR

595920

Ögey atası tərəfindən cinsi xarakterli zorakılığa məruz qaldığı bildirilən 11 yaşlı qız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin nümayəndələri tərəfindən, müvafiq dövlət orqanları ilə birgə koordinasiya olunmuş şəkildə sığınacağa yerləşdirilib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Sosial Xidmətlər Agentliyi yayıb.

Vurğulanıb ki, hazırkı mərhələdə uşaqla bağlı zəruri qiymətləndirmə işləri aparılır. Bu prosesin nəticələrinə əsasən azyaşlı üçün fərdi inkişaf planı tərtib ediləcək və onun maraqlarına ən uyğun olan addımlar atılacaq.

Xatırladaq ki, "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə sosial mediada 11 yaşlı qızın atalığı tərəfindən cinsi zorakılığa məruz qaldığı barədə məlumat paylaşmışdı. Sözügedən azyaşlı səkkiz yaşından etibarən atalığı tərəfindən seksual hərəkətlərə məruz qaldığı üçün uşaq müəssisəsinə yerləşdirilmişdi. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin