Süd məhsulları ilə bağlı qəribə bir ziddiyət var: hamı kənd məhsullarının xeyirli, ekoloji cəhətdən təmiz olduğunu deyir və əldə etməyə tələsirlər. Amma bir qrup insan var ki, kənd məhsullarından yan qaçır. Səbəb isə bu məhsulların onlarda allergik reaksiya yaratmasıdır.
Bəs necə olur ki, bu insanlar marketdən yağ, pendir, süd-qatıq alıb yeyəndə heç bir problem yaşamırlar, ancaq kənd məhsulları yeyən kimi xəstəxanalıq olurlar?
Diyetoloq Samir Nurəliyev Bizim.Media-ya bildirdi ki, kustar üsulla hazırlanmış süd məhsullarına maraq artsa da, bu məhsullar hər kəs üçün eyni dərəcədə təhlükəsiz deyil. Bunun səbəbi yalnız südün tərkibindəki laktoza deyil, həm də emal, saxlanma və gigiyena şərtləri ilə bağlı amillərdir.
“Bəzi insanlarda süd zülalları immun sistemi tərəfindən “zərərli” kimi qəbul edilir və orqanizm ona kəskin reaksiya verir. Kənd südü çox vaxt daha az emal edildiyindən zülal strukturu dəyişmir. Kustar üsulla hazırlanan məhsullar pasterizə olunmadığına görə, bakteriyalar və göbələklər qalır. Allergik insanların immun sistemi daha həssas olduğu üçün bağırsaq qıcıqlanması, dəridə qaşınma, səpmə yaranır. Ev üsulu ilə hazırlanmış qatıq, ayran və pendir fermentasiya zamanı histamin yarada bilər”.
Diyetoloq həmçinin diqqətə çatdırdı ki, kənd məhsullarının saxlanma şəraiti, temperatur nəzarəti düzgün olmaya bilər. Bu da allergik və həssas insanlarda reaksiyanı artırır.
Şəfiqə Şəfa, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:00 / 13.02.2026
Təbii amma təhlükəli - Kənd məhsulları kimlər üçün ziyanlıdır?
Hazırda oxunan: Təbii amma təhlükəli - Kənd məhsulları kimlər üçün ziyanlıdır?
Hazırda oxunan: Təbii amma təhlükəli - Kənd məhsulları kimlər üçün ziyanlıdır?
595918
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































