Qızını həbsdən qurtarmaq istəyən ana fırıldaqçının toruna düşdü

Hazırda oxunan: Qızını həbsdən qurtarmaq istəyən ana fırıldaqçının toruna düşdü

595863

Lənkəran rayonunda qızını həbsxana həyatından xilas etmək niyyətində olan M.Məmmədova fırıldaqçının qurbanına çevrilib.

Bizim.Media xəbər verir ki, qadının övladına Lənkəran Ağır Cinayətlər Məhkəməsi tərəfindən 9 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

Ana əvvəlcə qızının cəzasının yüngülləşdirilməsi, sonradan isə tamamilə azadlığa çıxması məqsədilə vasitələr axtarmağa başlayıb.

Qohumlarından birinin vasitəsi ilə tanış olduğu, keçmişdə hüquq-mühafizə orqanlarında xidmət etmiş bir şəxs problemin həllində ona dəstək olacağını vəd edib. Həmin şəxs bu adla qadından hissə-hissə olmaqla ümumilikdə 34 min manat məbləğində vəsait alıb. Ancaq verdiyi sözü yerinə yetirməyib.

Zərərçəkmişin polisə şikayətindən sonra şübhəli şəxs saxlanılaraq məsuliyyətə cəlb edilib.

O, Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri (dələduzluq) ilə ittiham olunub və barəsində həbs qətimkan tədbiri seçilib.

İş üzrə məhkəmə prosesi Lənkəran Rayon Məhkəməsində baş tutub. Təqsirləndirilən şəxs ifadəsində irəli sürülən ittihamlar üzrə özünü təqsirli bildiyini etiraf edib.

Məhkəmənin hökmü ilə həmin şəxs 3 il 10 ay 2 gün müddətinə azadlıqdan məhrum olunub. (Qaynarinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin