Rusiya ordusunda xidmət edən 4 azərbaycanlı HƏLAK OLUB

Hazırda oxunan: Rusiya ordusunda xidmət edən 4 azərbaycanlı HƏLAK OLUB

595835

Rusiya–Ukrayna müharibəsində daha bir neçə azərbaycanlı həyatını itirib.

Bizim.Media xəbər verir ki, Rusiya tərəfində vuruşan daha 4 soydaşımız Ukrayna ordusu ilə toqquşmalarda həlak olub.

Həlak olan azərbaycanlıların adlarını təqdim edirik:

Həmzəyev Fərxan Taleh oğlu – Həştərxan vilayətinin Çernıyar kəndində yaşayıb.

Ruslan Qüdrət oğlu Alimov – 19 avqust 1991-ci ildə anadan olub, Ryazan vilayətinin Dyadkovo kəndində yaşayıb.

Əbdülrəzaqov Çingiz Nisan oğlu - Nijni Novqorod vilayətinin Kudaşıxa kəndində yaşayıb.

Rüstəmov Ramil Rasim oğlu - 24 noyabr 2000-ci ildə anadan olub, Tver şəhərində yaşayıb.

Qeyd edək ki, Rusiya–Ukrayna müharibəsi başlayandan bəri Rusiya ordusunun tərkibində 100-dən artıq, azərbaycanlı həlak olub. Həlak olanların bir qismi Rusiya vətəndaşı, digərləri isə müxtəlif illərdə həmin ölkədə məskunlaşmış Azərbaycan vətəndaşlarıdır. Ukrayna ordusunda isə həlak olan azərbaycanlıların sayı 50-ni keçib. (Modern.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin