Hava şəraiti mülayimləşdi - FAKTİKİ HAVA

Hazırda oxunan: Hava şəraiti mülayimləşdi - FAKTİKİ HAVA

595833

Fevralın 12-i saat 11:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, ölkə ərazisində yağıntılar 11-i axşam saatlarından kəsilib, hava şəraiti mülayimləşib. Hazırda ölkə ərazisində əsasən yağmursuz hava şəraiti müşahidə olunur.

Düşən yağıntının miqdarı Neftçalada 14, Beyləqanda 5, Lənkəranda 4, Mingəçevir, Yevlax, Kürdəmir, Balakən, Zaqatalada 3, Göyçayda 2, Ordubad, Sədərək, Naxçıvan, Şərur, Naftalan, Oğuz, Zərdab, Sabirabad, eyni zamanda Abşeron yarımadasının bəzi yerlərində 1 mm olub.
Qar örtüyünün hündürlüyü Şahbuzda 49, Kəlbəcərdə 40, Laçın, Qubadlıda 33, Qaxda (Sarıbaş) 29, Biləsuvarda 23, Daşkəsəndə 19, Şuşada 15, Gədəbəydə 14, Cəlilabad, Yardımlıda 10, Xankəndidə 7, Astara, Ağdamda 6, Xocalı, Qubada 5, İmişli, Şəkidə (Kişçay) 4, Lerikdə 3, Füzulidə 2, Qəbələ, Qobustan, Xaltanda 1 sm-ə çatıb.

Naxçıvan, Daşkəsən, Gədəbəy, Şəmkir, Qax (Sarıbaş), Şəki, Qəbələ, Şamaxı, Qobustan, Quba, Göyçay, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin