Şahin Şıxlinski bu maddələr üzrə təqsirli bilindi

Hazırda oxunan: Şahin Şıxlinski bu maddələr üzrə təqsirli bilindi

595813

Ural bölgəsində Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski və onun həmyerliləri Yekaterinburqda qətlin təşkili və qətl cəhdində təqsirli bilinib.

Bizim.Media xəbər verir ki, bu barədə URA.RU hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadla məlumat yayıb.

İstintaqın versiyasına görə, təqsirləndirilən şəxslər 2001-ci ildə ticarətçi Yunus Paşayevin qətlə yetirilməsində və 2010-cu ildə sahibkar Fəhruz Şirinova qarşı sui-qəsddə iştirak ediblər.

Qeyd edilib ki, Şıxlinskiyə münasibətdə yüngülləşdirici hal tətbiq olunmasına əsas yoxdur.

Cinayət işi 2025-ci ilin yayında başlanıb. Şıxlinski ilə yanaşı, Akif, Ayaz, Bəkir, Kamal, Məzahir Səfərovlar və Şudcayəddin Rəcəbov da müttəhimlər kürsüsündə yer alıblar. Prokurorluğun vəsatəti əsasında məhkəmə prosesi qapalı formatda keçirilib.

Hakim Yuri Radçuk yaxın vaxtlarda hökm çıxarmaq üçün müşavirə otağına gedəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin