Telli Borçalının qardaşı tədbirdə saz çalandan sonra ölübmüş – VİDEO

Hazırda oxunan: Telli Borçalının qardaşı tədbirdə saz çalandan sonra ölübmüş – VİDEO

595812

Fevralın 10-u paytaxtın Səbail rayonunda yerləşən Atatürk Mərkəzində aşıq Ataxanın öldüyü hadisə ilə bağlı bəzi məqamlar dəqiqləşib.
 

MÖVZU İLƏ BAĞLI:

Aşıq Tellinin qardaşı Atatürk Mərkəzində dünyasını dəyişdi


Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, həmin gün saat 15:00-da Tərlan Əliyarbəyov küçəsində yerləşən mərkəzdə ədəbi-bədii tədbir keçirilib.

Tədbirdə sənətçi Telli Borçalının qardaşı, paytaxt sakini 1966-cı il təvəllüdlü Ataxan Sədi oğlu Qurbanov da iştirak edib. O, sazda ifa edib, şeir deyib. Saat 16 radələrində, tədbir başa çatar-çatmaz aşıq Ataxan özünü pis hiss edib və yıxılıb. Təcili tibbi yardım çağırılsa da, onun artıq vəfat etdiyi məlum olub.

Bildirilib ki, A.Qurbanov ürək çatışmazlığından vəfat edib. Qeyd edək ki, vəfat edən şəxs aşıq Telli Borçalı adı ilə tanınan (Telzadə Sədi qızı Qurbanova) sənətçinin qardaşıdır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin