"Son illər müəllimlərin maaşlarında artım dinamikası müşahidə olunur və bu proses mərhələli şəkildə davam edəcək".
Bizim.Media xəbər verir ki, bu sözləri “baku.ws”ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.
AQC sədri əlavə edib ki, hazırda müəllimlərin orta aylıq əməkhaqqı təxminən 1000 manata yaxındır və bu rəqəm ildən-ilə dəyişərək artırılacaq:
"Xüsusilə "full time" – tam ştat rejimində çalışan müəllimlərin maaşları daha yüksək olacaq. Elm və Təhsil Nazirliyi tərəfindən tətbiq olunan sertifikasiya proqramı müəllimlərin gəlirlərinə birbaşa təsir göstərir. Sertifikasiyadan uğurla keçən müəllimlərin maaşları 10-15 faiz, bəzi hallarda isə 30-35 faizə qədər artırılacaq".
Vüqar Orucun fikrincə, bu mexanizm müəllimlərin peşəkar inkişafına stimul verir və təhsilin keyfiyyətinin yüksəlməsinə xidmət edir:
"Əvvəlki illərdə aşağı maaş səbəbindən bir çox müəllim əlavə qazanc üçün repetitorluğa üstünlük verirdi. Lakin hazırda əməkhaqqılarının artması müəllimlər üçün daha stabil gəlir imkanları yaradır.
Lakin bunu da qeyd etmək lazımdır ki, mövcud maaşlar müəllimlərin gördüyü işin tam qarşılığı deyil. Müəllimlərin əməyinin dəyəri daha yüksək olmalıdır. Əgər biz repetitorluğa ehtiyacı azaltmaq istəyiriksə, rəsmi maaşlar artırılmalıdır.
Yüksək əməkhaqqı həm təhsilin keyfiyyətini artırar, həm də müəllimləri qeyri-rəsmi fəaliyyətə yönəldən amilləri zəiflədər. Əsas məqsəd məktəbdə verilən təhsilin ali məktəbə qəbul üçün kifayət etməsidir. Gələcəkdə büdcə imkanları və özəl təhsil sektorunun genişlənməsi bu istiqamətdə əlavə artımlara şərait yarada bilər".
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
08:41 / 12.02.2026
Müəllimlərə maaş artımı ilə bağlı ŞAD XƏBƏR
Hazırda oxunan: Müəllimlərə maaş artımı ilə bağlı ŞAD XƏBƏR
Hazırda oxunan: Müəllimlərə maaş artımı ilə bağlı ŞAD XƏBƏR
595785
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































